ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşdü - ednews.net

24 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşdü

Siyasət A- A A+

Səfirlər Litzenberger, Deqnan və Treysi, dövlət katibinin köməkçisinin müavini Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

Ednews ABŞ səfirliyinə istinadən xəbər verir ki, İrəvan, Bakı və Tbilisi əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər.

“Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”, - qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...