Prezident: “Rusiya-Ukrayna müharibəsindən sonra Minsk Qrupunun həmsədrliyinin artıq qeyri-funksional olduğu açıqlanıb” - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Prezident: “Rusiya-Ukrayna müharibəsindən sonra Minsk Qrupunun həmsədrliyinin artıq qeyri-funksional olduğu açıqlanıb”

Siyasət A- A A+

“Reallıqlar dəyişib və bunu hətta vasitəçilər də etiraf ediblər ki, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında nə etməli olduqları ilə bağlı bir növ məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirirdi və mən elə müharibə başa çatandan sonra Minsk qrupunun nümayəndələri ilə görüşəndə dedim ki, təkliflər verin. Nə edəcəklər və gündəmləri nə olacaq? Və bilirəm ki, onlar üçün bəzi praktiki təkliflər irəli sürmək çox çətin idi”.

Ednews xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

Dövlət başçısı bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Minsk Qrupunun həmsədrliyinin artıq funksional deyil, qeyri-funksional olduğu açıqlanıb: “Bu onu göstərir ki, yeni reallıqlar var və təbii ki, onların təsiri var. Odur ki, Ermənistan hökumətinin və Ermənistanın siyasi spektrinin yeni reallıqları tam dərk etməsi və hər cür qisas almaq cəhdlərindən tamamilə çəkinməsi vacibdir. Birincisi, bunun nəticəsi Ermənistan üçün daha ağrılı olacaq. İkincisi, bu, regionun tələbinə və beynəlxalq ictimaiyyətin nəhayət, uzunmüddətli sülhə nail olmaq tələbinə zidd olacaq. Biz öz tərəfimizdən müsbət tendensiyaları dəstəkləmək üçün hər şeyi edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...