Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Ednews xəbər verir ki, parlamentin mayın 5-də keçiriləcək iclasının gündəliyinə 20 məsələ daxil edilib.
Bunlara “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və digər mövzular daxildir.