“Tiflis İrəvanla Azərbaycan əleyhinə heç bir sənəd imzalaya bilməz” - Gia Xuxaşvili - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

“Tiflis İrəvanla Azərbaycan əleyhinə heç bir sənəd imzalaya bilməz” - Gia Xuxaşvili

Siyasət A- A A+

“Gürcüstanla Azərbaycan strateji tərəfdaş dövlətlərdir. Ona görə də Tiflis Ermənistanla Bakı ilə birgə olan milli maraqlarımıza zidd hər hansı bir sənəd imzalaya bilməz”.

Ednews "Bizim Media"-ya istinadən xəbər verir ki, Gürcüstandan olan politoloq Gia Xuxaşvili Ermənistanın müdafiə naziri Suren Papikyanın Tiflisə səfəri fonunda Gürcüstanla İrəvan arasında ikitərəfli təhlükəsizlik planının imzalanması səbəbləri və onun regiona nə vəd etdiyi barədə sualı cavablandırarkən deyib:

“Dəqiq desəm, bu barədə məlumatsızam. Ona görə də detallar barədə nəsə deyə bilmərəm. Amma bununla belə düşünmürəm ki, bu sistemli xarakter daşıyır.

Ola bilsin protokol əhəmiyyətli bir plandır. Ümid edirəm ki, bu belədir. Gürcüstanla Azərbaycan strateji tərəfdaş dövlətlər olduğundan Tiflisin Ermənistanla Bakı ilə birgə olan milli maraqlarımıza zidd hər hansı bir sənədin imzalayacağını düşünmürəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...