Mayın 6-da Qazaxıstanın Türküstan şəhərində “Türk xalqlarının İslam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Ednews xəbər verir ki, türk dünyası üçün mühüm əhəmiyyət daşıyan bu tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu məqsədlə Qazaxıstanın Türküstan şəhərinə səfərə gəlib.
Türküstan Beynəlxalq Hava Limanında şeyxülislam Allahşükür Paşazadəni Nauız Hacı Taqanulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamaoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçiriləcək konfransda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Əsgər Ömərov, Beynəlxalq Türk Akademiy-asının prezidenti Darxan Kıdırəli, Türkiyə Respublikasının Dini İşlər İdarəsinin rəisi, ali din xadimi Ali Erbaş, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Zakir Rakiyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri ali müfti Nauız Hacı Taqanulı və digər rəsmi şəxslər çıxış edəcəklər.