G7 XİN rəhbərləri qlobal məsələləri müzakirə etmək üçün görüşür - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

G7 XİN rəhbərləri qlobal məsələləri müzakirə etmək üçün görüşür

Siyasət A- A A+

G7-nin xarici işlər nazirləri Ukraynadakı müharibəni, enerji və ərzaq təhlükəsizliyini, Çin ilə əlaqələri və iqlim dəyişikliyini müzakirə etmək üçün Almaniyanın şimalında görüşür.

Ednews xəbər verir ki, bu gün Veissenhausda başlayacaq G7 ölkələrinin XİN başçılarının iclası mayın 17-dək davam edəcək.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi, ABŞ Dövlət katibi, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniya xarici işlər nazirləri aktual xarici siyasət və təhlükəsizlik məsələləri, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsinə beynəlxalq reaksiyanı, həmçinin Asiya və Afrikadakı vəziyyəti, o cümlədən Rusiyanın Ukraynada apardığı müharibə kontekstində Yaxın Şərq, Afrika və Asiyada vəziyyəti müzakirə edəcəklər.

G7-nin top diplomatları həmçinin qlobal çağırışları, demokratik dayanıqlığı və bunun üçün xarici müdaxiləyə qarşı necə mübarizə aparmağı, COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri, iqlim böhranı, iqlim və təhlükəsizliklə bağlı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi ehtiyacına dair fikir mübadiləsi aparacaqlar.

Moldova və Ukraynanın xarici işlər nazirləri də G7-nin toplantısına qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...