“44 günlük müharibədən sonra Azərbaycana qarşı bəzi qüvvələr, ermənipərəst Qərb fondları tərəfindən ölkəmizə qarşı çirkin kampaniya aparılmaqdadır”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Cavid Osmanov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat fikirlərinin davamında mayın 14-də Bakının mərkəzində planlaşdırılan etiraz yürüşü ilə bağlı da fikirlərini bölüşüb:
“Bu günlərdə hansısa xırda məişət problemini qabardaraq çalışırlar ki, ölkəmizdə yaradılmış ictimai-siyasi sabitliyinə zərbə vursunlar və bununla teatr səhnəsi düxəldərək Azərbaycanın artan nüfuzuna xələl gətirsinlər. Bunun üçün ermənipərəst fondlar tərəfindən qrantlar da ayrılıb. Nəticə olaraq sabah Bakı şəhərində və regionlarda qarşıdurmalar yaratmaq üçün çağırışlara gedirlər. Bunun həyata keçirilməsi üçün 5-ci kolondan da ciddi istifadə olunur”.