Azərbaycan Prezidenti: - “Biz Türkiyə ilə həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik” - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan Prezidenti: - “Biz Türkiyə ilə həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”

Siyasət A- A A+

“Bu gün də biz bir yerdəyik, Qarabağın inşasında bərabər, çiyin-çiyinə çalışırıq”.

Ednews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılışındakı çıxışında deyib.

Dövlət başçısı deyib ki, bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir: “Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il bizim tarixli və qədim şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...