Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlığının təkmilləşdirilməsi üçün TƏKLİF

Siyasət 14:20 20.05.2022

"Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu böyük türk dünyasının vətəndaş cəmiyyəti institutlarının daha dərin əməkdaşlığının başlanğıcı kimi qəbul edilməlidir".

Bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 20-ci yüzillikdə ikinci dəfə müstəqilliyini qazandıqdan sonra Azərbaycan və Türkiyə arasında 1992-ci ilin əvvəlində başlamış diplomatik münasibətlər hazırda qardaşlıq, dostluq və strateji əməkdaşlıq səviyyəsinə qalxıb.

"Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri hazırda ən yüksək səviyyədədir və Prezident İlham Əliyevin dediyi kimi “Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq”.        

İ. İsgəndərov qeyd edib ki, ilk baxışdan iki ölkənin QHT-nin qarşılıqlı səfərləri, müzakirələri və bu forum yüzlərlə biznes və hökumət nümayəndələrinin səfərləri, siyasi, hərbi və biznes əməkdaşlığl fonunda adi bir səfər təsiri bağışlaya bilər. Lakin Azərbaycan rəhbərliyinin tutduğu siyasi xətti və qardaş Türkiyə ilə hərtərəfli münasibətlərin inkişafı baxımından bu səfərin nəticələri əməkdaşlığın keyfiyyətcə yeni bir mərhələyə yüksəldiyini, türk dövlətlərinin  vətəndaş cəmiyyəti institutlarının daha dərin əməkdaşlığının başlanılması kimi qəbul olunmalıdır.

"Şuşa Bəyannaməsi iki ölkə arasında strateji əməkdaşlıq hədəflərini mühkəmləndirən son sənəd olduğundan bu bəyannamədə qeyd olunan ən azı 3 hədəfin(əslində bütün hədəflərədə aid etmək olar) i)“Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər”, ii) “iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər”, iii) “Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər” icrasını vətəndaş cəmiyyəti təşkilatlarından daha yaxşı hansı institut edə bilər? Bu və digər əməkdaşlıq hədəflərinə çatmaq üçün iki qardaş ölkənin Qeyri-Hökumət Təşkilatlarının bu Forumunun çox böyük əhəmiyyəti olduğunu vurğulamaq lazımdır. Ticarət, hərbi, siyasi, təhsil və digər sahələr üzrə əməkdaşlıq uyğun sahələr üzrə məhdudlaşır, lakin QHT(Sivil Toplum Kurluşları)-in əməkdaşlığı iki cəmiyyətin, millətin dahada yaxınlaşmasına, birgə dəyərlərin formalşmasına və bütün sahələr üzrə əməkdaşlığın möhkəmlənməsinə xidmət edir".

O, Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlığının daha da təkmilləşdirilməsi üçün aşağıdakı təkliflərlə çıxış edib.

1. Bu Forumu türk dövlətlərinin  vətəndaş cəmiyyəti institutlarının daha dərin əməkdaşlığının başlanğıcı kimi qəbul etmək və hər iki ölkənin Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətini yönəldən qurumların təmsilçilərindən və QHT nümayəndələrindən ibarət müxtəlif istiqamətlər üzrə işçi qrupların yaradılması, birgə fəaliyyət planı hazırlanması;

2. Növbəti mərhələlərdə digər türk dövlətilərinin Qeyri-Hökumət Təşkilatlarının prosesə cəlb olunması üçün tədbirlər görmək, Türk Dövlətləri Təşkilatının katibliyndə “Türk Vətəndaş Cəmiyyəti Forumu” adlı bir strukturun yaradılmasına cəhd olunması;

3. Türkiyədə üçüncü sektorun əsas fondu hesab edilən TUSEV-in (1993-cü ildə yaradılıb, 23 fondla başlayıb, hazırda 100-dən çox fondu özündə birləçdirir və gəlir götirməyən sektora hüquqi, maliyyə və digər yardımlar göstərən birgə missiyanı həyata keçirir) təcrübəsinin öyrənilməsi və Azərbaycanda belə bir fondun formalaşdırılması;

4. Müxtəlif sektorlar üzrə beynəlxalq təşkilatlarda(o, cümlədən Aİ-da) akkreditasiya olunmuş çoxlu Türkiyə QHT-ləri vardır. QHT-ə Dövlət Dəstəyi Agentliyinin tövsiyəsi ilə Azərbaycan QHT-i beynəlxalq təşkilatlara Türkiyə QHT-i ilə birlikdə layihə təklifi verə  bilərlər.

5. Beynəlxalq fondların Qarabağın bərpasına cəlb olunmasında Türkiyə və Azərbaycan QHT-nin səylərinin birləşdirilməsi;

6. İctimai diplomatiya sahələrində əməkdaşlıqda iki ölkənin QHT-nin səylərinin birləşdirilməsi;

7. Universitetlərdə beyin və tədqiqat mərkəzlərinin formalaşdırılmasında Türkiyə QHT-nin təcrübəsinin öyrənilməsi;

8. Tərəflərin Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində əməkdaşlığının gücləndirilməsi".

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı