ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevin azad edilən ərazilərə mütəmadi səfərlərini yüksək qiymətləndirib - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevin azad edilən ərazilərə mütəmadi səfərlərini yüksək qiymətləndirib

Siyasət A- A A+

"Budəfəki səfər zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduq".

Ednews xəbər verir ki,  bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Bu yerlərin çox gözəl olduğunu vurğulayan ICESCO-nun Baş direktoru artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini bildirib. Bu baxımdan Salim bin Məhəmməd əl-Malik dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərini və bu səfərlər zamanı məscidləri ziyarətini, insanlarla görüşlərini, orada çalışanlara verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...