Brüsseldə yeni görüş planlanır - Erməni mətbuatının iddiaları özünü doğruldacaqmı? - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

Brüsseldə yeni görüş planlanır - Erməni mətbuatının iddiaları özünü doğruldacaqmı?

Siyasət A- A A+
“Anklav ərazilərin məsələsi yalnız birgə komissiya çərçivəsində müzakirə oluna bilər”. 
 
Bu sözləri politoloq Fərhad Məmmədov mayın 22- də Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan rəhbərləri arasında ehtimal olunan görüşün keçirilməsi barədə fikir bildirərkən deyib. 
 
O, Ednews - a açıqlamasında qeyd edib ki, növbəti üçtərəfli görüşdə əsas priotet məsələlər müzakirə oluna bilər. 
 
“Brüsseldə növbəti görüşün keçirilməsi haqqında Ermənistan tərəfi məlumat yaysa da, Azərbaycan tərəfi bu məlumatı hələ rəsmi şəkildə təsdiqləməyib. Əgər yaxın keçmişin praktikasını nəzərdən keçirsək görəriq ki, iki dövlət arasında  planlaşdırılan bəzi görüşlər baş tutmayıb. Mələsən, Düşənbədə Ermənistan xarici işlər naziri Armen Qriqonyan Moskvada komissiyaların görüşünün olacağı anonsunu vermişdi, lakin bu görüşlərin heç biri baş tutmadı. Brüsseldə görüşün baş tutacağı və tutmayacağı barədə məlumatı yalnız Azərbaycan mənbələrini nəzərdən keçirməklə dəqiqləşdirə bilərik”.  
 
Politoloqun sözlərinə görə, hər iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proseslər birgə komissiya yarandıqdan sonra bəlli olacaq. 
 
“Görüşdə müzakirəsi gözlənilən əsas predmetlərə anklavlar məsələsinin də daxil ediləcəyini hesab edirəm. Sərhəd məsələsi ilə əlaqəli olan önəmli predmetlər haqqında indidənsı müzakirələr aparmaq və ya qərar vermək düzgün olmazdı, daha doğrusu yalnız komissiya öz işinə başladıqdan sonra bütün zəruri mövzular ətrafında fikir mübadilələri aparıla bilər. İlk növbədə sərhədlərin delimitasiyası və demarkasiya üzrə birgə komissiyanın tərkibi və funksiyaları müəyyən olunmalıdır, ondan sonra isə hər iki tərəfin rəsmiləri gündəlikdə duran məsələlərin müzakirəsini başlaya bilərlər”.  
 
Aprelin 6-da Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı işçi qrupunun yaradılmasının zəruriliyi üzrə ortaq məxrəcə gəlməsinə gəlincə isə Fərhad Məmmədov hesab edir ki, Ermənistanın öz köhnə siyasətindən əl çəkməməsi sülh prosesinin inkişafına əngəl törədir. 
 
“Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı beş təklifinə altı cavabdan ibarət bəyanatını açıqlayıb. Ermənistan rəhbərliyinin bəyanatına Qarabağın “status” məsələsi, bu bölgədə yaşayan ermənilərinin təhlükəsizliyi və ölmüş Minsk qrupunun vasitəçiliyi kimi məsələlər daxil edilib. Burada düşünürəm ki, bu məsələlər danışıqlarda əsas müzakirə predmeti olacaq, hətta  müəyyən ziddiyyətlər yaradacaq”.  
 
Xatırladaq ki, sonunca dəfə bu formatda danışıqlar aprelin 6 - da baş tutub.
 
Yunis Abdullayev 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...