Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirildi

Siyasət 16:44 22.05.2022
Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib. 
 
Ednews xəbər verir ki, Milli Məclisin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər.
 
Qonaqları Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan şad olduğunu söyləyən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu gün Siz azad Şuşadasınız. O, diqqətə çatdırıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edib. Komitə sədri bildirib ki, bu görüş bizim Şuşada ilk görüşümüzdür. O, bu tədbirin təşkilinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.
 
Səməd Seyidov nəzərə çatdırıb ki, Ermənistan işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi, maddi-mədəni irsini dağıdıb, şəhərlərimizi və kəndlərimizi məhv edib. Təsadüfi deyil ki, bu əraziləri Qafqazın Xirosiması adlandırırlar. O, qeyd edib ki, həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır və hələ görülməli işlər çoxdur. Komitə sədri bu görüşün Şuşada keçirilməsinin önəmindən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərlərinin və Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini qeyd edib. O, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlərdən danışıb. Səməd Seyidov tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. 
 
Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bu görüşün təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Nikoloz Samxaradze parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynadığını qeyd edib.  Gürcüstan parlamentinin komitə sədri ölkələrimiz arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin regional əməkdaşlıqda rolu və ölkələrimiz arasında  iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
 
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç bu formatda keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, bu görüşün Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Biz öz gələcəyimizi təmin etmək üçün səylərimizi birləşdirməliyik. Parlamentlər və onların nümayəndələri öz xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar. Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə iki ölkə arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı sülh və sabitlik yaranacaqdır. 
 
Sonra çıxış edən hər üç ölkənin deputatları Asim Mollazadə, Derya Bakbak, Mehmet Güzelmansur, Sabir Rüstəmxanlı,  Sevinc Fətəliyeva, Nigar Arpadarai, Davit Zilpimiani, Kamil Aydın və başqaları  belə birgə iclasın azad edilmiş ərazilərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin əhəmiyyətindən danışıblar. 
 
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Rasim Musabəyov, Ramil Həsən, Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Azər Kərimli, Sevil Mikayılova, Cavanşir Feyziyev, Ramin Məmmədov, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri və digər rəsmi şəxslər  iştirak ediblər.
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Hamısı