Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Siyasət A- A A+
Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumata görə, Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
 
Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən estoniyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 
Ziyarət zamanı Estoniya Riiqikoqunun nümayəndə heyətini Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslə müşayiət ediblər.
1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...