"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransın iştirakçılarının bir qrupu ilk öncə Füzuli hava limanına, sonra isə Şuşaya yola düşüblər.
Ednews xəbər verir ki, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 20 illiyinə həsr olunan konfrans sabah Bakıda keçiriləcək.