ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.
Ednews xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.
O, hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində çalışan Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.