Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar həqiqəti əks etdirmir - RƏSMİ - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar həqiqəti əks etdirmir - RƏSMİ

Siyasət A- A A+

Son günlər bəzi kütləvi informasiya vasitələrinin Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Ednews report-a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən məlumat verilib.

"Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq", - mənbə qeyd edib.

Bildirilib ki, belə bir şayiənin yayılmasına əsas kimi götürülən ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və mütəmadi aparılan prosesdir.

Bu il seçici siyahılarının dəqiqləşdirilməsi həmçinin koronavirus pandemiyası şəraitində, habelə Rusiya-Ukrayna müharibəsi fonunda miqrasiya hallarının baş verməsi, Vətən müharibəsi dövründə və ondan sonra daxili miqrasiya proseslərinin təsirini öyrənməyə imkan yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...