Türkiyə Milli Müdafiə Nazirliyi (MN) 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Ednews xəbər verir ki, Türkiyə MN-in “Twitter“ hesabındakı paylaşımda deyilir:
“Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan!
Azərbaycan Türkü qardaşlarımızın 28 May - Müstəqillik Günü mübarək olsun. “Tək Millət, İki Dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik”.