“Qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi” - Ərdoğan - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

“Qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi” - Ərdoğan

Siyasət A- A A+

“Sizlərə “Can Azərbaycan!”, “Qarabağ!” deyəndə qəlbində fırtınalar qopanq 85 milyonun salamını gətirdim”.

Ednews  xəbər verir ki, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan qarşılaşdığı saysız haqsızlığa rəğmən mədəniyyətdə və inkişafda dastan yazıb: “Biz haqsızlıq qarşısında susanlardan olmadıq, olmayacağıq. Bu vəsilə ilə Heydər Əliyev atamızı da yad edirəm, məkanı cənnət olsun. Biz təhdidlə qorxudulanlardan olmadıq, olmayacağıq. Haqlı davamızı müdafiə etməkdən geri durmadıq, durmayacağıq. Bizim kimsənin torpağında gözümüz olmadığı kimi kiməsə verəcəyimiz bir qarış torpağımız yoxdur. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş Komandan, qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya gələndə nələrin olduğunu bütün dünya gördü”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...