Ərdoğan Azərbaycana son səfərindən danışdı - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Ərdoğan Azərbaycana son səfərindən danışdı

Siyasət A- A A+
“Dəyərli qardaşım Prezident İlham Əliyevin dəvəti ilə etdiyimiz səfəri uğurla başa vurduq. Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik. Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox-çox sevindirdi”.
 
Ednews xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.
 
“Bir millət, iki dövlət” şüarı ilə Bakıda “Bir festival”ın yeni ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm ki, buna indi digər türk dövlətlərindən də oxşar çağırış gələcək. Beləliklə, biz Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir hadisə ilə taclandırdıq. Türkiyə xaricində ilk dəfə Can Azərbaycanda təşkil edilən TEKNOFEST-in təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü fəth etdiyini gördük”, - Ərdoğan əlavə edib.
 
“Gələcəyimizin təminatı olan gənclərimizin festivala olan böyük marağı bizi xüsusilə sevindirdi. Professorumuz Doktor Əziz Sancarın olması TEKNOFEST-ə fərqli bir rəng qatdı. Azərbaycanlı gənclərimizin çalışdıqları elm və texnologiya layihələri ilə komanda ruhunda yarışlarda iştirak etmələri bizi son dərəcə qürurlandırır”, - Türkiyə lideri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...