“İcbari tibbi sığorta üzrə bir sıra problemlər qalmaqdadır”.
Ednews xəbər verir ki, bu fikirləri 2021-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səsləndirib. Onun sözlərinə görə, əsas problemlərdən biri, klinikalarda olan müasir tibbi avadanlıqları resurslarının sıradan çıxmasıdır.
“Bu sahədə 2021-ci ilin büdcəsinin icrasından başlayaraq bir sıra layihələr icra olunub. Bununla yanaşı, İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 3 mindən çox müayinə və müalicə daxildir. Lakin onkoloji xəstələrin müalicəsi bura daxil deyil. Düşünürəm ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil eilməlidir”,- deyə komitə sədri əlavə edib.