“Türkiyə və Azərbaycan dünya miqyasında güc mərkəzinə çevrilir” - Məlahət İbrahimqızı - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

“Türkiyə və Azərbaycan dünya miqyasında güc mərkəzinə çevrilir” - Məlahət İbrahimqızı

Siyasət A- A A+

“Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurub. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut edib. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edilib və 30 ildir Azərbaycan xalqı azad yaşayır”.

Ednews APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Məlahət İbrahimqızı deyib ki, ötən 30 il ərzində qardaş Türkiyə də daim Azərbaycanın yanında olub: “Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Tarixi Şuşa Bəyannaməsi isə Türkiyə və Azərbaycan münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bundan sonra da Türkiyə və Azərbaycan münasibətləri yüksələn xətlə ancaq və ancaq inkişaf edəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Texnofest Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxışında vurğuladığı kimi, Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”.

Deputat qeyd edib ki, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır: “Rəcəb Tayyib Ərdoğan da bir daha bəyan etdi ki, regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal dəstəyini əsirgəməyəcək. Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...