Azərbaycan vətəndaşları Almaniyada axtarışa verilib - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan vətəndaşları Almaniyada axtarışa verilib

Siyasət A- A A+

Almaniyada yaşamaq haqqında qanunu pozan şəxslərin işi məhkəməyə göndərilib.

Ednews xəbər verir ki, Şimali Reyn Vestfaliya əyalətində möhlət hüququ ilə yaşayan şəxslərin Azərbaycana geri göndərilməsi ilə bağlı başladılan hüquqi prosedurun icrası mümkün olmayıb.

Üçü bir ailənin üzvü olan 7 Azərbaycan vətəndaşı deportasiyadan yayınaraq başqa federal əyalətdə gizləniblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin Şimali Reyn Vestfaliya üzrə nümayəndliyi deportasiyadan yayınan şəxslərin saxlanılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Əyalət məhkəməsi həmin şəxslərin saxlanılması ilə bağlı qərarı təsdiqləyib. Hazırda Azərbaycan vətəndaşlarının axtarışı davam edir.

Məlumat üçün bildirək ki, iyun ayının sonu Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...