Prezidentin köməkçisi azad edilmiş ərazilərə səfər etmiş əcnəbi səyyahlarla görüşdü - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Prezidentin köməkçisi azad edilmiş ərazilərə səfər etmiş əcnəbi səyyahlarla görüşdü

Siyasət A- A A+

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.

Ednews-un xəbərinə görə, bu barədə Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Ən çox səyahət edən insanlar" klubunun üzvləri ilə görüşdən, onları salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad olunmuş ərazilərə səfər edib, Ermənistanın vandalizminin miqyasının və işğalın dağıntılarının şahidi olublar. Eyni zamanda Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - Hikmət Hacıyev tviter hesabında vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...