Türkiyə səfirindən Azərbaycana təşəkkür - “Bunun adı qardaş köməyidir” - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkiyə səfirindən Azərbaycana təşəkkür - “Bunun adı qardaş köməyidir”

Siyasət A- A A+

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycanın Amfibiya tipli təyyarəsinin Türkiyədə yanğınlarla mübarizəyə köməyi ilə bağlı ölkəmizə təşəkkür edib.

Ednews xəbər verir ki, səfir "Twitter" hesabında bunu qardaşlıq köməyi adlandırıb:“Bunun adı qardaş köməyidir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” Amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...