Nəqliyyat sahəsində növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Nəqliyyat sahəsində növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək

Siyasət A- A A+
Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin növbəti üçtərəfli toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə edilib.
 
Ednews xəbər verir ki, bunu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
 
Onun sözlərinə görə, bu görüşü hazırlayacaq və onun keçirilmə tarixini müəyyən edəcək İşçi Qrupunun yaradılması imkanları müzakirə edilib: "İclasın yaxın aylarda həyata keçirilməsi gözlənilir.
 
Bu görüş çox vacibdir. Ölkələrimiz arasında, o cümlədən ikitərəfli əsasda çox güclü və dostluq əlaqələri mövcuddur. Ölkələrimiz arasında nəqliyyat kommunikasiyalarının müzakirəsi çox vacibdir. Görüş zamanı nəqliyyat kommunikasiyalarının və Orta Dəhliz daxil olmaqla, yükdaşımaların inkişafı məsələləri müzakirə edilib. Regionda bütün istiqamətlər üzrə güclü və rahat nəqliyyat əlaqələrinin yaradılması, həmçinin mövcud problemlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir”. 
 
Bundan başqa, tərəflər Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəni və bu istiqamət üzrə yükdaşıma imkanlarının genişləndirilməsini müzakirə ediblər.
 
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...