“Prezidentin də qeyd etdiyi kimi, Ermənistan tərəfi hələ də sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində konstruktiv mövqe nümayiş etdirmir”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Mahir Abbaszadə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.
2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat əlavə edib ki, müdafiə xərclərinin də artırılmasına ehtiyac var:
“Azərbaycan ordusunun möhkəmlənməsi, müasir silahların alınması və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ciddi işlər aparılmaqdadır. Etiraf etməliyik ki, bunlar böyük vəsait tələb edir”.