Lukaşenkonun postsovet ölkələrini təhdid etməsinin MÜHÜM DETALLARI - Nəticələr necə olacaq? - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Lukaşenkonun postsovet ölkələrini təhdid etməsinin MÜHÜM DETALLARI - Nəticələr necə olacaq?

Siyasət A- A A+
“Lukaşenkonun postsovet ölkələri ilə bağlı açıqlaması birbaşa təhdiddir”.  
 
Bu sözləri Ednews - a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Siyasi analitik Belarus Prezidenti Aleksandr Lukaşenkonun Belarus-Rusiya regionlararası forumunda verdiyi açıqlamasını birbaşa təhdid hesab edib.
 
O, qeyd edib ki, Rusiya XİN rəhbəri Serqey Lavrov Belarusa səfər etdikdən sonra Lukaşenko belə danışmağa başlayıb. 
 
“Lavrov Belarusa rəsmi səfəri çərçivəsində mətbuat konfransında bir məqama toxunaraq bildirib ki, artıq Rusiya ilə Qərb arasında dəmir pərdə mövcuddur.  Belarus da həmin dəmir pərdənin içərisindədir. Bu açıq şəkildə Rusiya tərəfindən soyuq müharibənin elan olunması deməkdir”.
 
C.Nuriyevin sözlərinə görə, Lukaşenkonun postsovet ölkələrini Belarus-Rusiya Ittifaqına qoşulmağa çağırması  ilə bağlı sözləri təsadüfü xarakter daşımır.  
 
“Bu məsələ ilə bağlı uzun müddət təbliğat aparılır. Lukaşenkonun açıqlaması bunun aydın göstəricisidir. Lakin bunu da nəzərə alaq ki, Lukaşenko uzaqgörən bir siyasətçi deyil. Onun belə təhdid dilində danışması Putinin onu özündən çox asılı vəziyyətə saldığının göstəricisidir.  Amma Belarus rəhbərinin sözlərinə məhəl qoyan olmayacaq. Ona görə ki, postsovet məkanında Azərbaycan da daxil omaqla türkdili ölkələr xarici siyasətlərində öz  istiqamətlərini müəyyənləşdiriblər. Bununla yanaşı, Rusiyanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində müəyyən problemlər yaşanır. Vladimir Putinin Türkmənistanda adi qarşılanması Rusiyaya ciddi bir mesajdır, yəni Rusiyanın artıq sevilmədiyini sübut edir”. 
 
Politoloq qeyd edib ki, yalnız Tacikistan və Ermənistan Belarus-Rusiya Ittifaqına müsbət münasibət göstərə bilər. 
 
Sonda C.Nuriyev vurğulayıb ki, rəsmi Moskvanın öz mesajını Lukaşenkonun dilindən çatdırması onun zəifliyini göstərir. 
 
Qeyd edək ki, prezident Lukaşenko Belarus-Rusiya  regionlararası forumun iştirakçılarına video müraciətd zamanı postsovet ölkələrinin suverenliklərini qorumaq üçün Moskva və Minskin yaratdığı ittifaqa qoşulmaları haqqında çağırış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...