BMT-dən Azərbaycanda qadınların sülh quruculuğunda fəal iştirakına çağırış - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

BMT-dən Azərbaycanda qadınların sülh quruculuğunda fəal iştirakına çağırış

Siyasət A- A A+

BMT-nin Qadın Hüquqları Komitəsi Portuqaliya, Türkiyə, Azərbaycan, Namibiya, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Monqolustan və Boliviya ilə bağlı nəticələri təqdim edib. 

Ednews xəbər verir ki, hesabatla bağlı çıxış edən komitə üzvü Lia Nadaraia bildirib ki, BMT-nin Qadın Hüquqları Komitəsi 30 illik Qarabağ münaqişəsinə görə, məcburi köçkün vəziyyətinə düşmüş qadınlar və qızlara görə narahatlığını ifadə edir.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar qadınların, qızların təhsilə, səhiyyəyə, iş imkanlarına və yaşayış yerinə sahib olma imkanlarında ciddi çətinliklər olub. 

Hesabatda qadınların barışıq və sülh quruculuğu işlərində fəal iştirakına çağırış qeyd olunub. Eyni zamanda, hesabatda qadınların əmək bazarında bərabərhüquqlu şəkildə təmsilçiliyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanda müəyyən sahələr var ki, orada qadınların işləməsinə icazə verilmir və ya tövsiyə olunmur. Bu işlərin siyahısı 200-ə yaxındır. BMT-nin Qadın Hüquqları Komitəsi Azərbaycanı bu məhdudiyyətləri aradan qaldırmağa və qadınların da bütün işlərə giriş və təmsilçilik imkanlarını təmin etməyə çağırıb. 

Lia Nadaraia onu da diqqətə çatdırıb ki, Azərbaycanda qadınların qərarvermə proseslərində iştirakı fəal deyil: 

“Təəssüf ki, siyasi qərarvermə proseslərində qadınların fəal iştirakı ilə bağlı müsbət nəticələrimiz yoxdur.
Doğrudur, hökumət müəyyən kvota təqdim edir, ancaq siyasi partiyalarda qadınların təmsil olunması ilə bağlı hər hansı məcburi qayda yoxdur. Biz hökumətə çağırış edirik ki, bu, təşviq olunsun. Ümid edirik ki, bu tövsiyəmizi nəzərə alacaqlar”. 

BMT rəsmisi Azərbaycanda qadınların siyasi proseslərdə təmsilçiliyinin təxminən 30 faiz olduğunu əlavə edib. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...