Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.
Ednews xəbər verir ki, qəsəbədə bərpaolunan tarixi abidələrdən biri də el arasında 40 pillə adlanan su ovdanıdır.
Azərbaycan ərazisində, Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir.
Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə içmək üçün yararlı olan lay sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam edib.
Prezident İlham Əliyevə su ovdanında görülən təmir-bərpa işləri barədə məlumat verilib.