Azərbaycanla İsrail arasında aviasiya sahəsində əməkdalığın genişləndirilməsi müzakirə edildi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanla İsrail arasında aviasiya sahəsində əməkdalığın genişləndirilməsi müzakirə edildi

Siyasət A- A A+

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı səfiri Corc Diklə bu gün keçirildiyi görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Ednews AZAL-a istinadən xəbər verir.

Görüşdə AZAL-ın prezidenti ölkələr arasında mülki hava daşımaları sahəsində səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin tezliyi həftədə beş dəfədir. Həmçinin "IsrAir" aviaşirkəti tərəfindən həftədə üç dəfə Təl-Əvivdən Bakıya və geriyə istiqamətdə uçuşlar həyata keçirilir.

“AZAL” aviaşirkəti İsraildəki tərəfdaşları olan turizm şirkətləri ilə birlikdə İsraildən Azərbaycana turist axınının formalaşdırılması və inkişafı üçün fəal və böyük işlər görür", - deyə C.Əsgərov bildirib.

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkələrin nəqliyyat əlçatanlığının artırılması çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq turist axınının həcminin artmasına və ölkələr arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...