Azərbaycan hökuməti Yaponiyaya başsağlığı verdi - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

Azərbaycan hökuməti Yaponiyaya başsağlığı verdi

Siyasət A- A A+

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.

Ednews xəbər verir ki, Baş nazir Ə.Əsədov səfirlikdə açılan matəm kitabına Şinzo Abenin ona edilən sui-qəsd nəticəsində ölümü xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazıb.

Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir edilib.
Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...