Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynada gedən döyüşlərdə həlak olan Azərbaycan əsilli Kərim Qulamovla bağlı paylaşım edib.
Ednews xəbər verir ki, o, bu barədə “Facebook” hesabında yazıb.
“Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamov Rusiya işğalçıları ilə döyüşdə həlak olub. Ukraynada Kərim M2 telekanalında aparıcı kimi tanınırdı. Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu Vətənini müdafiə etmək üçün ayağa qalxmışdı...” – deyə deputat qeyd edib.