Henri Kissincer avropalı siyasətçiləri tənqid edib - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Henri Kissincer avropalı siyasətçiləri tənqid edib

Siyasət A- A A+
ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi (1969-1975) Henri Kissincer hesab edir ki, hazırkı avropalı siyasətçilərin təlimatları yoxdur və onlar qarşılarında duran çağırışları başa düşmürlər.
 
Ednews xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.
 
Kissincer, xüsusən də Fransa Prezidenti Emmanuel Makronu və Almaniya kansleri Olaf Şoltsu tənqid edib, buna nümunə olaraq Almaniyanın ilk federal kansleri (1949-1963) Konrad Adenauer və İkinci Dünya Müharibəsi zamanı Fransa müqavimət hərəkatına rəhbərlik edən və sonra Beşinci Respublikanın qurucusu və ilk prezidenti (1959-1969) olan general Şarl de Qolu göstərdi.
 
Amerika siyasətinin və diplomatiyasının patriarxı Henri Kissincer hesab edir ki, ABŞ-ın və bütövlükdə dünyanın daha görkəmli siyasi liderlərə ehtiyacı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...