Türkiyənin XİN başçısı: "Suriyadakı rejimin ən böyük dəstəkçiləri Rusiya və İrandır" - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Türkiyənin XİN başçısı: "Suriyadakı rejimin ən böyük dəstəkçiləri Rusiya və İrandır"

Siyasət A- A A+
“Bir tərəfdən İraqın sabitliyi, digər tərəfdən Suriyada siyasi proseslərin sürətlənməsi. İndiyə qədər çox təəssüf ki, Suriyada Konstitusiya komissiyasının iclasları istənilən nəticəni verməyib”.
 
Ednews “TRT Haber”ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
 
“Bu, əslində rejimin etinasızlığına görə baş verdi. Bəs rejimin ən böyük dəstəkçiləri kimlərdir? Rusiya və İran. Ona görə də bu mənada rejimi təşviq etməlidirlər. Birgə bəyanatımızda vurğuladığımız kimi, yeganə həll yolu siyasi həlldir. Bunun üçün addımlar atılmalıdır.
 
İstər Qafqazdakı proseslər, istərsə də Yaxın Şərqdəki proseslər onların qiymətləndirilməsi baxımından əhəmiyyətli idi. Eyni şəkildə, cənab Putinlə ikitərəfli görüşdə bir tərəfdən ikitərəfli əlaqələr, digər tərəfdən taxıl ixracına maneələrin aradan qaldırılması, Ukraynada davam edən müharibəyə atəşkəslə son qoyulması ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyə olaraq Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyənin münasibətini və gözləntilərini hər iki liderlə bölüşüb. O, həmçinin cənab Putinlə xüsusilə Ukraynada müharibənin dayandırılması ilə bağlı məhsuldar görüş keçirib”, - nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...