Gürcüstan Qazaxıstanla əməkdaşlığı gücləndirəcək - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Gürcüstan Qazaxıstanla əməkdaşlığı gücləndirəcək

Siyasət A- A A+
Qazaxıstanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
 
Ednews xəbər verir ki, bu barədə İ.Qaribaşvili tviter hesabında yazıb.
 
O, Qazaxıstanın dövlət başçısı ilə səmərəli danışıqlar apardığını bildirib: “Ölkələrimiz arasında diplomatik əlaqələrin mövcud olduğu son 30 il ərzində sıx tərəfdaşlıq əldə olunub. Biz nəqliyyat, loqistika, ticarət və turizm sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə etdik”.
 
İ.Qaribaşvili həmçinin qazaxıstanlı həmkarı Alixan Smailovla da görüşüb. Tərəflər Gürcüstanla Qazaxıstan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...