Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyədən Bayraktar pilotsuz uçuş aparatlarının (PUA) alınması məsələsini müzakirə etməyiblər.
Ednews “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, liderlər PUA-ların Türkiyədən alınması məsələsi ilə yanaşı onların Rusiyada istehsalı məsələsinə də toxunmayıb.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə 4 saatdan çox davam edən danışıqlardan sonra birgə bəyanatla çıxış ediblər.