DİN-dən ƏMƏLİYYAT - Qanunsuz silah-sursat aşkarlandı FOTO - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

DİN-dən ƏMƏLİYYAT - Qanunsuz silah-sursat aşkarlandı FOTO

Siyasət A- A A+

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən rayon sakini müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ednews-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Yurik İsmayılov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, tapançaya məxsus 11 ədəd patron və 2 patron darağı, eləcə də 1 ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...