Rusiya işğal etdiyi ərazinin Ukrayna tərəfindən atəşə tutulmasına görə BMT TŞ-nin iclasını çağırıb - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Rusiya işğal etdiyi ərazinin Ukrayna tərəfindən atəşə tutulmasına görə BMT TŞ-nin iclasını çağırıb

Siyasət A- A A+
Rusiya işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir.
 
Ednews-un xəbərinə görə, bu barədə TASS Rusiyanın BMT-dəki daimi nümayəndəliyindəki mənbəsinə istinadən məlumat yayıb.
 
Məlumatda bildirilib ki, Rusiya həmçinin bu iclasın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı keçirilməsini istəyib.
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski informasiyanı təsdiqləyib.
 
Qeyd edək ki, Zaporojye AES Ukraynanın Enerqodar şəhərində yerləşir, quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ukraynada müharibənin başlamasından 4 gün sonra - fevralın 28-də Rusiya Müdafiə Nazirliyi Zaporojye AES-in ələ keçirildiyini açıqlayıb. Buna baxmayaraq, stansiyanın rəhbərliyi Ukrayna operatorlarında qalır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...