Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Bundan əlavə, Mehriban Əliyeva və Leyla Əliyeva Mövlanə Muzeyini ziyarət edərək Mövlanə Cəlaləddin Ruminin tabutu önündə dua ediblər.
Ednews-un məlumatına görə, Leyla Əliyeva öz feysbuk səhifəsində həm açılış mərasimindən, həm də Mövlanə Muzeyini ziyarətdən fotolar paylaşıb.
Həmin fotoları təqdim edirik: