ABŞ və Avropadan olan əksər dövlət rəsmiləri erməniləri daha üstün tuturlar” - Neil Vatson - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

ABŞ və Avropadan olan əksər dövlət rəsmiləri erməniləri daha üstün tuturlar” - Neil Vatson

Siyasət A- A A+
“ABŞ-ın Həqiqət və Ədalət Mərkəzinin Laçında qeyri-qanuni məskunlaşan ermənilər ilə bağlı müraciəti Qərbdə bir çox təşkilatların Qarabağ həqiqətləri barədə düzgün məlumatının  və anlayışının olmadığını göstərir”. 
 
Bu sözləri Ednews - a açıqlamasında britaniyalı jurnalist Neil Vatson ABŞ və Avropa ölkələrində bir çox təşkilatların Qarabağ məsələsində riyakarlığını ifşa edərkən bildirib. 
Qərb ölkələrində Azərbaycanın mövqeyinin eşidilmədiyini deyən Neil Vatsonun sözlərinə görə, ABŞ və Avropadan olan əksər dövlət rəsmiləri, ictimai təşkilatların üzvləri ermənilərə münasibətdə xristian təşəbbüskeşliyini hər zaman üstün tutublar. 
 
“Bildiyimiz kimi Ermənistan monoetnik və monoxristian bir ölkədir, bu da Qərbin xristian ölkələri ilə bağlantılarını gücləndirən əsas real faktordur. Belə olan halda Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olması nəzərə alınmır. Qərb siyasətçilərinin və mediasının islamafobiya baxışlarında Azərbaycan islam ölkəsi kimi təsnif edilir, eləcə də Xristian təşəbbüskeşliyini dəstəkləmək və İslam əleyhinə mövqe sərgiləmək onların seçkilərdə səs qazanması üçün ən yaxşı vasitədir.  Bundan əlavə, onların İslam ölkələri ilə bağlı ritorikasında Azərbaycan işğalçı ölkə kimi təsvir edilir.  Bu da qeyri-rasionallıq və ədalətsizlikdən başqa bir şey deyil”. 
 
Britaniyalı jurnalist, həmçinin Qərbin ermənipərəst siyasət yürütməsində erməni lobbisinin xüsusi rolunun olduğunu da nəzərə çatıdırıb. 
 
“Erməni lobbisi 1915-ci ildən bəri dünyanı radioaktiv bulud kimi bürüyərək dezinformasiya, yalanlar yaymaqla bərabər biznes, siyasət, incəsənət və medianın hər sahəsində öz mövqeyini gücləndirməyi bacarıb. Qərbdə ermənilərin ritorikası yalnız rəvayətdən ibarətdir. Eyni zamanda Qərbdə bir çoxlarının Sovet İttifaqı ilə bağlı məlumatların azlığı, düzgün anlayışın olmaması da erməni yalanlarının yayılmasına imkan yaradır.  Qərb ölkələrində ziyalıların bir çoxu müasir Rusiya və post-sovet ölkələrində mövcud olan həqiqətlər barəsində çox  az məlumata sahibdirlər. Əlbəttə, burada sovet təbliğatının da əsas rolu var. Buna görə də Qərb mediasında Qarabağ münaqişəsi haqqında ermənilərin maraqlarına xidmət edən qeyri-dəqiq və qərəzli xəbərlər  dərc olunurdu”.  
 
Qərb siyasətçilərinin anti-türk münasibətinə toxunan N.Vatson qeyd edib ki, Qərbdə bir çoxları Türkiyə və Türk dövlətlərini təhlükə mənbəyi kimi görürlər. Onun sözlərinə görə, Türk dövlətlərinə qarşı bu həssaslıq erməni təbliğatı ilə daha da güclənib. 
 
“Təəssüf ki, ABŞ və Avropada Azərbaycanın geosiyasətinə, dini tolerantlığına, ən əsası Qarabağla bağlı haqlı və hüquqi mövqeyinə hələ də ədalətli və düzgün münasibət sərgilənmir. Hesab edirəm ki, erməni təbliğatının qarşısının alınması, Azərbaycan həqiqətlərinin nəzərə alınması, üçün çox işlər görülməlidir”. 
 
Sonda N.Vatson erməni təbliğatının güclü olmasında Qərb ölkələrində Azərbaycan diaporasının 1991-ci ildə müstəqillik əldən etdikdən bəri fəaliyyət göstərdiyini, erməni lobbisinin isə bir əsrdən çox yaşı olmasını da əsas səbəb kimi göstərib.  O, qeyd edib ki, ABŞ və Britaniyada erməni lobbisi hər zaman Qarabağ münaqişəsini hər zaman dini müstəvidə göstərməyə çalışıb. 
 
Qeyd edək ki, Amerikanın Ədalət və Həqiqət Mərkəzi ermənilərin Laçından zorla deportasiya olunduqlarını iddia edərək bu deportasiyanı dayandırmaq tələbi ilə petisiya yaradıb.
 
Yunis Abdullayev 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...