KAT Azərbaycan-Kanada diplomatik əlaqələrinin 30 illiyini qeyd edir - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

KAT Azərbaycan-Kanada diplomatik əlaqələrinin 30 illiyini qeyd edir

Siyasət A- A A+
Torontoda fəaliyyət göstərən Kanada Azərbaycanlıları Təşkilatı (KAT) iki ölkəni diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.
 
Bu barədə Ednews “Network of Azerbaijani Canadians” qeyri-hökumət təşkilatına istinadən xəbər verir.
 
“Kanada ilə Azərbaycan arasında diplomatik münasibətlərinin yaradılmasının 30-cü ildönümünü qeyd edirik. Bu münasibətlər Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun ayrılmaz hissəsi olan fəal Azərbaycan icması daxil olmaqla, insanlar arasında səmimi əlaqələrə əsaslanır”, - təşkilat tviterdə yazıb.
 
Bildirilib ki, 30 il bundan əvvəl avqustun 10-dan, yəni Azərbaycan ilə Kanada arasında diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında əlaqələr daha da dərinləşib və inkişaf edib: “İstər Kanada universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artması, istərsə də bu ölkədə keçirilən çoxsaylı mədəni tədbirlər əlaqələrimizin möhkəmləndiyini sübut edir”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...