Ağsaqqallar Şurasından Britaniyadakı səfirliyimizə edilən hücumla bağlı BƏYANAT

Siyasət 16:24 11.08.2022
Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı ilə bağlı bəyanat yayıb. 
 
Şuradan Ednews-a bildiriblər ki, bəyanat qurumun İdarə Heyətinin avqustun 9-da keçirilən toplantısında qəbul edilib. 
 
Sənəddə diqqətə çatdırılır ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu hər bir ölkə vətəndaş kimi, bizi – Azərbaycan ağsaqqallarını da ciddi narahat etmişdir.
 
Azərbaycanın uğurlarını, dinamik inkişafinı, xüsusilə də 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni gözü götürməyən anti-Azərbaycan qüvvələr müxtəlif vaxtlarda olduğu kimi, yenə də ölkəmizə qarşı məkrli niyyətlərini göstərirlər. 
 
“Təəssüf hissi ilə qeyd etməliyik ki, bu iğtişaşlardan din pərdəsi altında gizlənərək yararlanmağa can atırlar. Lakin bu təxribatda maraqlı olan xarici qüvvələr bilməlidirlər ki, ölkəmizə qarşı yönəlmiş bütün qanunsuz əməllərin qarşısı hər zaman qətiyyətlə alınacaq və onlar öz çirkin məqsədlərinə çata bilməyəcəklər.
 
Çünki Azərbaycan yüksək beynəlxalq mövqeyə malik güclü dövlətdir, ölkəmizdə tolerant və multikultural şərait, dinlər və təriqətlərarası səmimi münasibətlər hökm sürür, həmçinin xalqımız Azərbaycanda bu qardaşlıq və dostluq mühitini yaradan, gündən-günə dünya miqyasında nüfuzu artan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir.
 
Buna görə də İslami və digər bütün dini dəyərlərin yüksək qiymətləndirildiyi Azərbaycanın dövlət müstəqilliyinə, ictimai-siyasi sabitliyinə qarşı çıxan istənilən qüvvə bu birlik və həmrəylik qarşısında gücsüzdür. Xalqımızı bu cür mənfur əməllərlə qorxutmaq, parçalamaq, hər birimizin qürur və fəxarət mənbəyi olan bayrağımızı endirmək, milli-mənəvi dəyərlərimizi heçə saymaq olmaz”, - deyə bəyanatda vurğulanır. 
 
Qeyd olunur ki, respublikamızın tanınmış ictimai-siyasi, incəsənət və mədəniyyət xadimlərini, alim və ziyalılarını öz sıralarında birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, xalqımızın hər bir nümayəndəsi kimi ölkəmizə, onun müstəqillik atributu olan bayrağımıza qarşı bu vandalizm aktını, radikal qüvvələrin törətdiyi bu iğtişaşı qətiyyətlə pisləyərək, baş verən bu hadisələri milli-mənəvi dəyərlərimizə, xalqımıza və dövlətimizə qarşı yönəldilmiş terror və beynəlxalq hüquqa zidd təxribat aktı kimi qiymətləndirir.
 
Ümid edirik ki, tez bir zamanda bu hadisə üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparılacaq, təqsirkar şəxslər və onları dəstəkləyən qüvvələr müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri tədbirlər görüləcəkdir. 
 
Bəyanatda daha sonra deyilir:
 
“Biz ağsaqqallar isə bütün xalqımıza, xüsusən də gənclərə səslənərək, onları daha da ayıq-sayıq olmağa, anti-Azərbaycan qüvvələrin təxribatlarına uymamağa, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə, hər zaman olduğu kimi yenə də dövlətimizin və dövlətçiliyimizin yanında olmağa çağırırıq”. 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı