İranın Ermənistandakı keçmiş səfiri Azərbaycan və Türkiyəyə qarşı həqarət edibmi?

Siyasət 10:52 15.08.2022

10 avqust 2022-ci ildə İranın Ermənistandakı keçmiş səfiri Kazım Səccadinin (Kazem Sajadi) tvitter hesabından Türkiyə və Azərbaycana qarşı həqarət dolu tvit paylaşıb. Ermənistan mediasının dərhal yaydığı həmin tvitdə iranlı diplomat, "Terrorçuların varlığı və Suriyadan Azərbaycana, İran sərhəddinə yaxın ərazilərə daşınmaları yolverilməzdir. Türkiyə Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra İran sərhəddi yaxınlığında da ciddi şəkildə aktivləşib. Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra Türkiyə indi də İran sərhədlərində şeytani fəaliyyət axtarışındadır. Türkiyə bunun odla oynamaq olduğunu bilməlidir" – deyə yazır. 

Faktyoxla Lab. İranın Ermənistanda keçmiş səfirinin yazdığı tvitin həqiqiliyini araşdırıb.

Öncə bildirək ki, Kazım Səccadi uzun illər İran XİN-də çalışıb. O, İranın Filippin, Yunanıstan, Hindistan və Malayziyada səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, diplomatik xidmətdə olub. O, 2015- 2019 illər arası İrəvanda İranın bu ölkədə səfiri işləyib. Əslində iranlı diplomatın Ermənistanda fəaliyyətinə diqqət yetirsək, onun belə tvit atacağını ilk baxışdan düşünmək olar. Belə ki, Səccadi Ermənistanda çalışdığı müddətdə bu ölkə rəhbərləri ilə isti münasibətlər qura bilib. Hətta onun 2019-cu ildə Ermənistan Milli Məclisinin rəhbəri Ararat Mirzoyanla görüşü zamanı "İran hər zaman Ermənistanın yanında olub və bugün də eyni şəkildə davam edir” dediyi xatırlanılır.  

Səccadinin Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının üzvü olan Ermənistanın İranın Avrasiya Birliyi bazarlarındakı rolunu artırmaq üçün çalışdığına inandığını news.am-a verdiyi açıqlamada bildirdiyi də faktdır.

İndi tvitin detallarına diqqət edək.

K.Səccadinin tvitter hesabından paylaşılan tvitdə video təqdim olunur. Həmin videoda Türkiyə tərəfindən Azərbaycana göndərilən muzdlu döyüşçülərin İranla sərhəddə toplaşdığı haqda məlumat verilir. Əslində bu cür iddia ilk dəfə deyil səslənir. Hələ müharibə dövründə Ermənistan və İran mediasında əsassız və faktsız olaraq muzdlu döyüşçülərin Azərbaycan tərəfdən savaşdığını iddiaları səslənirdi. Bu videoda isə bir neçə döyüşçü görüntüsündən sonra “The Guardian” qəzetində dərc edilmiş və həmin saxta iddiaları əks etdirən məqalə ekrana gətirilir. Bethan McKernan imzalı müəllifin 28 sentyabr 2020-ci ildə dərc olunan məqaləsində suriyalı muzdlu döyüşçülərin Türkiyədən Azərbaycana göndərildiyi qeyd olunurdu. Müharibənin elə ikinci günündə muzdlu döyüşçülərin mövcudluğunun qabardılması saxta-xəbər  olduğu həm Türkiyə, həm də Azərbaycan mediası tərəfindən sübut olunub.

Bu videoda həmin görüntülərin önə çıxarılmasında əsl məqsəd Türkiyə və İran arasında münasibətləri gərginləşdirmək və “Zəngəzur dəhlizi” ilə bağlı mövcud olan gərginliyi daha da dərinləşdirməkdir.

Maraqlıdır ki, bu məlumat yayılandan 3 gün sonra, yani Ermənistan saxta xəbər sənayesinin bütün gücü ilə fəaliyyətdə olduğu, böyük propaqanda dalğasının ən qızmar vaxtında İran XİN vaxtilə Ermənistanda səfir işləmiş, hazırda nazirliyin Konsulluq, Parlament və diaspor işləri üzrə müavini Seyyid Kazım Səccadinin nəinki tvitterdə, ümumiyyətlə heç bir sosial media platformasında hesabının olmadığını açıqladı. Bu faktı Ermənistandan yayımlanan radar.am saytı və tanınmış erməni bloger Sedrak Mkrtıçyan da tviti ilə təsdiqləyiblər.

Bu açıqlamaya baxmayaraq İran tərəfi tvitterə saxta hesabın bağlanması haqda heç bir müraciət etməyib. Həmin profil bu günə qədər fəaliyyətini davam etdirir. Halbuki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərdə ciddi gərginlik yaradacaq bu açıqlamanın yayıldığı hesabdan dərhal şikayət etmək İran tərəfinin marağında olmalı idi.  

İndi isə bu iddianın, yəni tvitin real ya saxta olduğunu texniki cəhətdən araşdıraq. Bildirək ki, sosial media platformalarında yeganə olaraq tvitterdə paylaşılan statusun(tvitin) haradan atıldığını müəyyən etmək olur. Bunun üçün ən sadə metodlardan birindən istifadə edərək, araşdırmamızı aparaq.

Bunun üçün ilk olaraq, həmin tvitdən istənilən bir ifadəni (bir neçəsi də ola bilər) götürüb, həmin şəxsin yaşadığı, işlədiyi, yəni tviti ata biləcəyi şəhərin “geocode”larını daxil edib, sonra ehtimal olunan istənilən yaxın radiusu əlavə etməklə tviti axtarırıq. Əgər İranın XİN-in bu saytına inansaq Seyyid Kazım Səccadi Tehranda yaşayır. Tehranın geocodları 35.73369367006792, 51.29065617086443-dir. Tehran şəhərinin bir başından digərinə qədər olan məsafəni 10-100 km aralığında götürsək belə bir alqoritm quracağıq:

““The presence of terrorists and their transfer from Syria to Azerbaijan,near the border of Iran is unacceptable” geocode: 35.73369367006792, 51.29065617086443, 10km.

Bu kodu tvitterin axtarış sisteminə daxil edib, nəticəni özünüz də yoxlaya bilərsiniz. Heç bir nəticə çıxmır. Sonra radiusun diapazonunu bir az da artırsaq, yəni 50, 100, 500, hətta 1000 km radius əlavə etsək də heç bir nəticə çıxmır. Bu isə o deməkdir ki, tvit atılan profil saxtadır və ya Tehrandan idarə olunmur. Böyük ehtimal ki, saxta profili idarə edənlər VPN-dən istifadə edərək, saxtakarlıqlarını pərdələyirlər.  

Nəticə:

-İranın Ermənistandakı keçmiş səfirinin tvit hesabı saxtadır.

-Bu hesabdan atılan tvit bölgədəki gərgin vəziyyəti daha da dərinləşdirmək məqsədilə edilmiş manipulyasiyadır.

- Türkiyənin Azərbaycana muzdlu döyüşçü göndərməsi tamamilə yalan məlumatdır.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:59 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
Hamısı