Xəbər verdiyimiz kimi “Qaraheybət” ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb. Bununla bağlı ictimaiyyətə konkret cavablar verilib. Həmin məlumata bizim əlavəmiz yoxdur.”
Ednews xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov bu gün qurumun 103 illiyinə həsr edilən hesabat tədbirində məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, hazırda DSX tərəfindən bütün helikopterlərin yararlılığı yoxlanılıb və onların fəaliyyətinə təsir edəcək hər hansı bir amil yoxdur.
Əbülfət Baxşəli