“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. Dövlət Sərhəd Xidməti (DSX) delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.
Ednews xəbər verir ki, bu sözləri DSX-nın Aparat rəhbəri, general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında bildirib.
Aparat rəhbəri bildirib ki, delimitasiya bitdikdən sonra demarkasiya işləri həyata keçiriləcək:
“Daha sonra bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.
Əbülfət Bəxşəli