"Əcnəbilərin öz ölkələrinə dönüşünə məhdudiyyət yoxdur" - General-leytenant Abbas Xəlilov - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

"Əcnəbilərin öz ölkələrinə dönüşünə məhdudiyyət yoxdur" - General-leytenant Abbas Xəlilov

Siyasət A- A A+
“Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqələri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə dönüşünə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı bir məhdudiyyət yoxdur”.
 
Ednews-un xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
 
O xatırladıb ki, əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: “Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.
 
Əbülfət Baxşəli


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...