“Azərbaycan bu məhsulların idxalı ilə çox önəmli oyunçuya çevrilir” - İlham Əliyev - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Azərbaycan bu məhsulların idxalı ilə çox önəmli oyunçuya çevrilir” - İlham Əliyev

Siyasət A- A A+
“Alman şirkətləri Azərbaycanda çox geniş təmsil olunub və əminəm ki, onların fəaliyyəti daha da geniş olacaq”.
 
Ednews xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edərkən deyib.
 
“Bizim yüksək səviyyəli səfərlərimiz və çox yaxşı siyası əlaqələrimiz var. Əlbəttə, biz yeni fürsətlərin nədən ibarət olduğunu görməliyik. Çünki Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür”, deyə Azərbaycan lideri qeyd edib.
 
İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunub və bu əlaqələrin inkişafında Almaniyanın xüsusi rolunu qeyd edib:
 
“Biz Avropa İttifaqı-Azərbaycan ikitərəfli gündəliyinə verdiyiniz bütün dəstəyə görə minnətdarıq. Bu gündəlik getdikcə genişlənir və bir çox sahələri əhatə edir. Sizin xanım Ursula Fon der Lyayenin çox uğurlu səfərindən və bizim konstruktiv danışıqlarımızdan xəbəriniz var”.
 
Prezident Avropa İttifaqı ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və nəqliyyat dəhlizləri, ticarət, investisiya sahələrində geniş perspektivlərə malik olduğunu vurğulayıb. 
 
Azərbaycan ilə Avropa Komissiyası arasında enerji dialoquna start verildiyini qeyd edən dövlətimizin başçısı bu dialoqun təkcə qaz deyil, neft, hidrogen, elektrik enerjisi sahələrini də əhatə etdiyini bildirib:
 
“Azərbaycan enerji bazarında yalnız ənənəvi olan neft və qaz ilə deyil, həmçinin gələcəkdə elektrik enerjisi, neft, hidrogen və neft-kimya məhsullarının idxalı ilə çox önəmli oyunçuya çevrilməkdədir. Biz mühüm nəqliyyat infrastrukturunu vaxtında tamamladıq”.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...