“Nikolun və onun ətrafının davranışı Rusiyada hər kəsi bezdirib. Çünki Paşinyanın Dövlət Departamenti ilə birbaşa məxfi əlaqələri üzə çıxıb”.
Ednews xəbər verir ki, bu barədə Rusiyada yaşayan erməni media xadimi Aram Qabrelyanov Facebook səhifəsində yazıb.
“Məlumdur ki, baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və xarici işlər nazirinin müavini Ruben Rubinyanın, o cümlədən Rusiyanın iştirakı ilə aparılan bütün danışıqların (Ermənistan-Türkiyə yaxınlaşması və Qarabağ məsələsi) stenoqramı şəxsən Paşinyana təqdim edilir.
O cümlədən, Paşinyan və Putin arasındakı telefon söhbətlərinin mətnləri də baş nazirə verilir.
Nikol isə bütün bu sənədləri Baş Qərargahın keçmiş rəisi Movses Akopyanın əmisi oğlu, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana verir.
O da amerikalıların ona verdiyi xüsusi noutbukla gizli əlaqə quraraq ABŞ Dövlət Departamentinə ötürür”, deyə o, qeyd edib.