İsrailin Azərbaycandakı səfiri Salman Rüşdinin bıçaqlanması haqda danışdı - ednews.net

4 Oktyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İsrailin Azərbaycandakı səfiri Salman Rüşdinin bıçaqlanması haqda danışdı

Siyasət A- A A+
İsrailin Azərbaycandakı səfiri Corc Dik şənbə günü məşhur yazıçı Salman Rüşdinin bıçaqlanmasına münasibət bildirib.
 
Ednews xəbər verir ki, bu barədə o, Twitter-də video paylaşıb.
 
Səfir fikirlərinə “Elə edin ki, İran rejimi sizi qorxutmasın” sözləri ilə başlayıb.
 
“Bu qatil rejimin təhdidlərini ciddi qəbul edin. Bunun sizi qorxutmasına imkan verməyin, bir saniyə belə fikrinizi yayındırmayın”, – Dik qeyd edib.
 
“Yazıçı Salman Ruşdinin çıxışından əvvəl bıçaqlandığını eşidəndə fikirlərimi təsəvvür edə bilərsiniz... İran da onu ölümlə hədələyib”. İranın Ayətullası 1989-cu ildə Rüşdinin küfr hesab edilən və müsəlman dünyasında bir çoxlarının qəzəbinə səbəb olan “Şeytan ayələri” kitabı nəşr edilikdən sonra ona qarşı fətva verib”, deyə o yekunlaşdırıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...