Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı minaların daha bir görüntüsü yayılıb.
Ednews xəbər verir ki, bununla bağlı video Telegram kanalında yer alıb.
Mənbə yazır ki, Azərbaycan hərbçiləri minaları toplayaraq ərazidən çıxarırlar.
Xatırladaq ki, avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.